Bakıda bu yollarda dəyişiklik edildi - FOTO
Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.
Bu barədə AFN-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Bildirilir ki, qeyd edilən yolayrıcı svetofor vasitəsi ilə nizamlanacaq. Bununla əlaqədar, kəsişmədə svetofor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra svetoforlar işə salınacaq.
Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artmasına səbəb olacaq.
Eyni zamanda kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli şərait təmin