DİQQƏT! Bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq




Bakının bəzi mərkəzi yollarının kəsişməsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Ş. Bədəlbəyli küçəsinin R. Behbudov və S. Vurğun küçələri ilə kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.

Bakı Nəqliyyat Agentliyindən AFN-ə verilən məlumata görə, bu məqsədlə 13.04.2019 tarixində axşam saat 23:00-dan aprelin 14-ü səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, ümumilikdə 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu