Əsəd rejimi Türk əsgərinə hücum etdi - Şəhid və yaralılar var




"Güclü artilleriya atəşi nəticəsində qəhrəman silahdaşlarımızdan 4-ü şəhid oldu, biri ağır olmaqla 9 silahdaşımız yaralandı. Bölgədə təyin olunan hədəflər dərhal toplarımız tərəfindən atəşə tutuldu və lazımi cavabla hədəflər məhv edildi”.



Qaynarinfo xəbər verir ki, bu sözlər Türkiyə Milli Müdafiə Nazirliyinin idlibdə Əsəd qüvvələrinin türk qoşunlarına hücuma keçməsindən sonra verdiyi açıqlamada yer alıb.

Açıqlamada daha sonra deyilir:

"Proseslər nəzarətdədir və lazımi tədbirlər görülür. Dərin ağrı və kədər hissi ilə qarşıladığımız bu hadisədə əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə Türkiyə Silahlı Qüvvələrinə və nəcib millətimizə başsağlığı verib səbr diləyir, yaralanan şəxsi heyətimizə təcili şəfa diləyirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu