Mahmudlu-1 sakinləri Vüqar Bayramovu təntənə ilə qarşıladı - FOTOLAR
84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Mahmudlu-1 kəndində seçicilərlə görüşə son vaxtlar kəndin yetişdirdiyi tanınmış elm adamlarından biri olan Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyevlə birlikdə qatılıb.
Kəndin ağsaqqallarının, ziyalılarının və sadə insanların iştirak etdiyi görüşdə Vüqar Bayramovun tərcümeyi-halı, nailiyyətləri və millət vəkili seçiləcəyi halda görəcəyi işlər barədə ətraflı məlumat verilib. Sonra çıxış edən Vüqar Bayramov seçicilərin maraqlarının, qayğılarının həmişə onun üçün prioritet olacağını, Füzuli camaatı ilə müntəzəm görüşüb, onları dinləyəcəyini, seçiciləri maraqlandıran məsələləri parlamentdə qaldıracağını bildirib.
Mahmudlu -1 kənd orta məktəbinin müəllimi Məmmədov Bağman Məhərrəm oğlu Vüqar Bayramovun respublikada və onun hüdudlarından kənarda savadlı iqtisadçı ekspert kimi tanındığını və qəbul edildiyini, Füzuli rayonunun yetirməsi kimi öz camaatına bağlı olduğunu, elə bu səbəblərdən də ona səs verəcəklərini qeyd edib.
Kənd sakinlərindən Hətəmov Aslan Gəncalı oğlu 84 saylı Füzuli seçki daiərəsindən Vüqar Bayramovun namizəd olduğunu eşidəndə çox sevindiyini, Füzulu rayonunu parlamentdə məhz belə gənc və savadlı kadrların təmsil etməsini arzuladıqlarını bildirib.
Kəndin tanınmış seyidlərindən Məmmədov İsaxan Qəni oğlu Mahmudlu -1 kənd sakinlərinin Vüqar Byramovu öz xalqını, Vətənini sevən, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi təkliflər hazırlayıb hökumətə təqdim edən vətənpərvər iqtisadçı kimi tanıdıqlarını, elə bu üzdən də səslərini ona verəcəklərini vurğulayıb.
Mahmudlu -1 kəndinin yetirməsi olan professor Şəfa Əliyev bu günədək heç bir deputatlığa namizədi dəstəkləmədiyini, seçki kampaniyasında iştirak etmədiyini deyib: “Əziz həmkəndlilərim, Vüqar Bayramov birinci və yeganə namizəddir ki, mən onun rəsmi vəkiliyəm, açıq şəkildə Füzulimizin görkəmli alimini, ziyalı ailəsində tərbiyə almış mədəni, tərbiyəli, xalqına, elinə bağlı olan həmyerlimizi dəstəkləyirəm və bundan böyük qürur duyuram. Əminəm ki, 9 fevralda fəal şəkildə seçkiyə gələrək Vüqar müəllimə səs versəniz, növbəti beş ildə bir nümunəvi millət vəkili, bir vətənvərvər alim və ziyalı kimi siz də onunla qürur duyacaqsınız. O, həmişə sizin yanınızda olacaq, sizi dinləyəcək, sizin sosial təminatınızın gücləndirilməsi üçün var gücü ilə çalışacaq.”
Görüşün sonunda kənd sakini Əliyev Mərdan Fehruz oğlu Vüqar Bayramova təşəkkür etmək üçün çoxdan gözlədiyini, yaranmış imkandan faydalanmaq istədiyini söyləyib: “Mən müntəzəm şəkildə Vüqar müəllimin çıxışlarını dinləyir, verdiyi proqnozları yaxından izləyirəm. Məhz onun proqnozları sayəsində illərlə yığdığım əmanəti 2015-ci ildə devalvasiyanın mənfi təsirlərindən qoruya, çoxdankı arzumu reallaşdıra, ev ala bildim. Buna görə də Vüqar müəllimə dərin minnətdarlığımı bildirirəm.”