"ASAN imza" və onun dəxli olmadığı ASAN ailəsi - ŞƏRH




Bu nəhənglikdə ASAN Ailəsində ASAN-a dəxli olmayan yalnız bir şey var: ASAN İmza. Zamanında bu layihənin toxunulmazlığını təmin etmək üçün maraqlı şəxslər ASAN Ailəsinə dəxli olmayan bu adı hələlik yeganə olan mobil imzaya “yapışdıra” biliblər. Yalnız diqqətli olanlar seçə bilərdilər ki, ötən gün ASAN Ailəsinin hesabatında bütün ASAN-ların uğurundan danışıldı, yalnız ASAN İmzadan başqa. Çünki onun ASAN-a dəxli yoxdur.



AFN xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. "Maraqlıdır, görəsən ASAN İmzaya görə, iki il bundan öncəki əsassız qiymət artımından sonra, hər ay 0.5 milyon manat qazanan Best Solutions bundan ASAN Ailəsinə, onların hansısa bir tədbirinə və ya layihəsinə, startap ekosistemin inkişafına hansısa bir köməklik edirmi?" - deyə sual edən ekspert belə bir hal olmadığını da vurğulayıb.

"O da maraqlıdır ki, heç bir əsas olmadan da ASAN İmzanın dairəsi məcburən genişləndirilir. Təsəvvür edin, adi bir daxmada yaşayan kirayənişin də yeni elan olunan kirayə mənzillər mexanizmi layihəsinə qoşulub mənzil almaq istəsə mütləq xeyli xərc çəkib ASAN imza əldə etməlidir. Təbii ki, bununla bitməyəcək. Mövcud ASAN İmza sistemi, artıq onu necə deyərlər “asılı” vəziyyətə salır, yazıq kirayənişin hər ay da 2.5 manat ASAN İmza üçün ödəniş etməlidir.

Bəs nə üçün ASAN Ailəsi özünə aid olmayan bu adın, həmdə mənfi imic formalaşdrımaqla hər ay xeyl mənfəət əldə edən bu brendin dəxli olmayan bir qurumun, xarici vətəndaşa məxsus qurumun istifadəsində olması ilə barışır. Düzü , özüm də bunu bilmirəm. Amma düşünürəm və əminəm ki, bu cür davam etməsinin ASAN Ailəsinə heç bir faydası olmayacaq. Həm də ASAN İmza bu vəziyyətdə mobil imza sahəsində ölkədə inhisarçı bir mühit formalaşdırmaqla, mürəkkəb mexanizmi ilə ASAN-ın da cavabdeh olduğu rəqəmsal transformasiya prosesinin inkişafını ləngidəcək.

Çıxış yolu olaraq təklif edərdim ki, ASAN həqiqətən özünə aid olan, daha asan və rahat bir MOBİL İMZA HƏLLİ hazırlasın. Düşünürəm ki, eGov Mərkəzi və İnnoland yığışıb belə bir həll təklif edə bilərlər. Bununla ASAN həm öz adını özünə qaytara, həm də mobil imza sektorunda rəqabətli mühit formalaşdırıb qiymətləri endirə , vətəndaşlar üçün daha əlçatan və daha rahat, alternativ bir infrastruktur yarada bilər.
Yeri gəlmişkən, fikrimcə, təhlükəsizlik baxımından da bu, çox faydalı olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu