"Rabitəbank"ın kartlarından əlavə vəsaitlər silinib - FOTO




“AzeriCard” MMC-nin səhvi üzündən "Rabitabank" ASC-nin plastik kartlarından vəsaitlərin silinməsi baş verib. Bu barədə Bankın müştərilərinə göndərdiyi mesajda bildirilir:



"Hörmətli müştəri, "Azericard" prosessinq mərkəzinin səhvi ilə bağlı 19 dekabrdan sonrakı kommunal ödənişləriniz 2 dəfə silinib. Səhv silinən məbləğ geri qaytarılacaq. Narahatlığa görə üzr istəyirik" - deyə xəbərdarlıqda bildirilir.



Azericard"dan "Report"a verilən açıqlamada isə deyilir ki, prosessinq mərkəzində hər hansı problem aşkar edilməyib:
"Nəzərinizə çatdırmaq istəyirik ki, bu mesaj "Azericard"dan asılı olmayan səbəblərdən müştərilərə göndərilib. Araşdırmalar aparılır və tezliklə ətraflı məlumat veriləcək".

Xatırladaq ki, “AzeriCard” 21 banka xidmət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu