Rəsmi Bakı Tiflis görüşü ilə bağlı məlumat yaydı
Xəbər verdiyimiz kimi, sabah Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı nazirlər üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə muzakirələr aparacaqlar.
Görüş çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.