DGK-nın media nümayəndələri üçün təşkil etdiyi təlim başa çatıb - FOTOLAR




Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün Lənkəran şəhərində təşkil etdiyi "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda üçgünlük təlim noyabrın 30-da başa çatıb.



DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilir ki, təlimin sonuncu iş günündə çıxış edən Dövlət Gömrük Komitəsinin Mətbuat vəİctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, təlim jurnalistlərin gömrük işinin təşkili sahəsində biliklərinin artırılmasında, gömrük-media münasibətlərinin səmərəli şəkildə qurulmasında əhəmiyyətli rola malikdir. İdarə rəisi daha sonra təlim müddətində aktiv iştirak etdikləri üçün jurnalistlərə təşəkkürünü bildirib və gömrük-media əməkdaşlığının bundan sonra daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Təlimin sonunda əldə edilən biliklərin qiymətləndirilməsi aparılıb və fərqlənən jurnalistlər mükafatlandırılıb. Təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu