Parlamentin buraxılması ilə bağlı müraciətə bu tarixdə baxılacaq
Milli Məclisin dekabrın 2-də xüsusi iclası keçiriləcək.
APA -nın xəbərinə görə, bu barədə bu gün plenar iclasında spiker Oqtay Əsədov bildirib.
Spiker deyib ki, iclasın gündəliyinə bir məsələ daxil edilib: “İclasda Yeni Azərbaycan Partiyasından olan deputatların parlamentin buraxılması ilə əlaqədar müraciətə baxılacaq”.