Nağıyevin gizli xəzinəsi - ARAŞDIRMA




Dosent Zaur ƏLİYEV

Azərbaycanda Musa Nağıyev adını bilməyən az adam var. Bu şəxsin haqqında əfsanələr dolaşır. Onun varidatının kifayət qədər çox olması barədə mənbələrdə məlumatlara rast gəlmək olar. Onun xarici banklarda olan hesabı barədə keçən ilki statusumda kifayət qədər məlumat vermişəm. Həmin yazı ilə BURADAN tanış ola bilərsiniz.



Azərbaycanda Nağıyev sağ ikən 413 milyon qızıl pul olduğu qeyd edilir. Lakin Sankt-Peterburqda buraxılan kataloqda 690 milyon qızıl pul göstərilib. Bəs 277 milyon qızıl pul haradadır? Musa Nağıyev varidatını qoymaq üçün o vaxt Bakı quberniyasına müraciət edir. Amma quberniya bu pulu qəbul edə bilməzdi. Sonra Sankt-Peterburqa da müraciət edir. Onlar da qəbul etmədikdə məcbur olub xarici banklara müraciət edir. İsveçrə bankında təxminən 300 milyon, 50 milyondan da bir az çox London bankında hesab açdırır
Bəs qalan 277 milyon qızıl pul harda saxlanılır? Mən mənbələrdən daha çox ağsaqqalların dedikləri məlumatı öyrənib sonra onu sübut edəcək materiallar axtarıram. Belə məlumatlardan birini də Bakının köhnə sakinlərindən əldə etmişəm. Böyüklərimiz danışır ki, Nağıyevin ikinci həyat yoldaşına olan sevgi hissləri o qədər çox olub ki, xəsis kimi tanınmasına baxmayaraq, xanımı üçün Parisdə məşhur zərgərlərə onun üçün xüsusi dəstlər hazırladıb. Bunlar içində ən bahalısı o zaman üçün nadir sayılan yaşıl zümrüd daşlarından boyunbağı, qolbağ, tac, beş dəst üzük, sırğa dəsti idi. O qədər bahalı sayılan bu zümrüd dəstin iki surəti olub. Biri orjinal, digəri isə onun oxşarı. Oxşarını bankda seyfdə saxlayan Nağıyev orjinalını və digər zinyət əşyaları ilə birgə bir neçə sandıq qızılı Bakı ətrafı kəndlərin birində İrandan dəvət etdiyi xüsusi ustalar tərəfindən qayaların içində düzəldilən gizli anbarda saxlayır. Böyük məbləğdə hazırlanan bu anbarın yeganə açarı və xəritəsi Nağıyev tərəfindən gizli seyfdə saxlanıb. Hətta ermənilər 1918-ci il mart soyqırımı zamanı İsmaliyyə binasının hər yerini axtarırlar ki, xəzinəni tapsınlar. Nağıyevin oğlu İsmayılın heykəlini belə dağıdan ermənilər əliboş ordan çıxmalı olublar.
Sovetlər dövründə Bakıya gələn arxeoloqlar eşidir bu hadisəni və qızıl axtaran dəstəni "elmi tədqiqat" adı altında Bakının kəndlərində olan qayalıqlarda, dənizin içinə qədər uzanan yerləri axtarırlar. Lakin tapa bilmirlər. Kənd camaatı da onları səhv yönə istiqamətləndirməklə Nağıyevin barəsində daha geniş əfsanə formalaşdırır.

Bu xəzinə barədə isə məlumatlar sürətlə yayılmasına baxmayaraq, hələ də onu tapmaq olmayıb. Sovetlərin dövründə ələk vələk edilən qayalıqlardan sonra xəzinə axtarışına son qoyurlar. Lakin hələ də Bakı kəndlərinin ağsaqqalları bu xəzinənin real olmasını iddia edirlər...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu