Musa Nağıyevin xaricdə milyonları olan bankın kodun niyə tapa bilmirlər?




Zaur ƏLİYEV, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Ağa Musa Hacı Nağı oğlu Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində olduqca kasıb bir ailədə anadan olub. Bibiheybətdə aldığı balaca bir torpaq sahəsindən başlanan neft sərvəti onu milyonçu edir. Bakıda 98 bina tikdirir. Onun haqqında geniş yazmaq olar, lakin əsas məsələ onun varidatının çox hissəsi niyə xaricdə yatır?



Azərbaycanda Nağıyev sağ ikən 413 milyon qızıl pul olduğu qeyd edilir. Lakin Sankt-Peterburqda buraxılan kataloqda 690 milyon qızıl pul göstərilib. Bəs 277 milyon qızıl pul hardadır?Musa Nağıyev varidatını qoymaq üçün o vaxt Bakı quberniyasına müraciət edir. Amma quberniya bu pulu qəbul edə bilməzdi. Sonra Sankt-Peterburqa da müraciət edir. Onlar da qəbul etmədikdə məcbur olub xarici banklara müraciət edir. İsveçrə bankında təxminən 300 milyon, 50 milyondan da bir az çox London bankında hesab açdırır. Burada ona xüsusi kod verirlər. Kod XAÇ formasında AÇAR olur. Bu xaç formalı Açarı çevirəndə dörd rəqəmli hesab kodu yaranır ki, bununla da bankda hesaba daxil olmaq olur. İsveçrə bank sistemində də kodu bilməyən müştəri əsla ordan pul çıxarda bilməzdi. İstəyir ailəsi vərəsəlik hüququn versin, istəyir də dövlət rəsmi müraciət etsin.
İsveçrə banklarında bu sistemi bilən Musa Nağıyev böyük kapitalı məhz ora yatırr və açarı özündə saxlayır. Bankda qızıl pulnan yanaşı böyük miqdarda daş-qaşlar olan qutusun da saxlayır.
Qalan 277 milyon qızıl pulu yayılan şayələrə görə Bakıda dəniz kənarı yerlərin birində xüsusi olaraq düzəldimiş anbarda saxlayır ki, anbarın kodun da Ağadan başqa heç kim bilmir. Bu anbar xüsusi kodla açılır. Həmin anbarda deyilənə görə xarici banklarda saxladığı hesabın kodu olan Açarı da saxlayır. Bu anbarın harda olması barədə isə məlumat yoxdur. Amma bu barədə bəzi Bakı kəndlərində bilən yaşlı insanlar danışır ki, Sovet dövründə nə qədər qızıl axtaran gəlsələrdə onun yerin tapa bilmirlər.

1938 və 1943-cü ildə Musa Nağıyevin ailəsin İsveçrə bankından -gəlmiş pulu almaq üçün DTK-ya çağrılır. Sadəcə, o zaman bu pulu götürmək könüllü olaraq ölümü seçmək kimi bir iş idi. Uzun illər ailəni təqib edən, nəzarət edən və təyziqlər göstərən DTK kodu əldə edə bilmir.

Onun nəticəsi Dilarə xanım dəfələrlə bu hesabı açmaq üçün müraciət etsə də banklar ona imtina edirlər. Eşitdiyimə görə Moskvada bir şirkət pulun yarı faizin almaq şərtilə kodu açmağı üzərinə götürüb.

Ağanın bəhai olması səbəbilə ailəsi və yaxınları ondan imtina edir. Öləndə qəbri üstə adam az olur.

1938-ci ildə Ağa Musanın oğulluğu, Ağaəlinin oğlu Fərəc Nağıyevə xəbər çatır ki, bu məzarlığın yerində vaqon deposu tikiləcək. Fərəc həmin vaxt təqib olunduğu üçün gizlənirdi. Ağa Musanın məzarını yenidən dəfn etmək üçün onun Bakıya gəlməsi təhlükəli olduğundan bu işi görməyə onun arvadı gedir. milyonçunun nəşini üstündə xırda gülləri olan yastıqüzü gətirməli, onu kəfən yerinə işlətməli olublar. Ağa Musanın qalıqlarını Biləcəri qəsəbəsindəki təpənin belində salınmış məzarlıqda dəfn ediblər. O, burada 1998-ci ilə qədər qalır. Həmin vaxt Fərəc Nağıyevin övladları Biləcərinin icra nümayəndəliyinə müraciət edərək M.Nağıyevin qalıqlarının yenidən dəfn edilməsi üçün icazə istəyirlər. İcazə verilir və keçmiş milyonçunun yenidən dəfn olunmasına xeyriyyəçi Hacı Əvəz kömək edir. Bu dəfə Nağıyevin qalıqlarını uzağa aparmaq lazım gəlmir, onu elə həmin qəbiristanlığın girəcəyində torpağa tapşırırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu