Kəmaləddin Heydərov yanğın yerinə getdi - FOTO
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
AFN.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.



