Eskobarın qardaşı milyarderdən 100 milyon dollar tələb edir




Məşhur kolumbiyalı narkobaron Pablo Eskobarın qardaşı Roberto İlon Maskı məhkəməyə verməyə hazırlaşır. O, milyarderdən 100 milyon dollar tələb edir.



Roberto Eskobar məşhur soyadla adlandırılan alov silahlarının istehsalı ilə məşğul olmaq fikrindədir. Onun iddiasına görə, Mask konstruksiyanın üzünü köçürüb. Yəni milyarder plagiatdan istifadədə ittiham olunur.

Maskın rəhbərlik etdiyi “The Boring Company” bir müddətdir belə silahların istehsalı ilə məşğuldur. Roberto bildirir ki, ən yaxşısı məhkəməyə qədər onun “Escobar Inc.” şirkətinin iddiasını təmin etməkdir. Şirkətin əməliyyat direktoru Deniel Reytberq əks halda Maskın daha böyük zərər görəcəyini söyləyir. (Bizimyol.info)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu