“Nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik” – Zahid Oruc




“Tarix göstərir ki, biz son 100 ildə nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik. 1990-cı illərdə də bizi beynəlxalq məkanın əli ilə Rusiya ilə toqquşdurub əzdilər".



Bu fikirləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Yeni Azərbaycan Partiyasında keçirilən “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

Deputat deyib ki, Prezident İlham Əliyevin “Valday”dakı çıxışı 2016-cı ilin aprel döyüşlərində qazanılan uğur kimi siyasi qələbədir.

“Həm Rusiyanın lehinə, həm də əleyhinə olanlar bilir ki, belə yüksək tribunadan heç kəs Prezident İlham Əliyev kimi çıxış edə bilməz. Bu çıxışın hədəfi təkcə Paşinyan, Ermənistan deyildi, həm də Azərbaycan cəmiyyəti idi. Prezidentin bu çıxışından sonra tutarlı cavab verən olmayıb. Ermənistan cəmiyyəti belə bu cür yüksək səviyyəli çıxışa cavab verəcək qədər hazırlıqlı deyil. Təsiri o qədər güclü oldu ki, Ermənistan mətbuatı belə, bu çıxışın güclü olduğunu yazdı" – deyən Z.Oruc “Qarabağ Azərbaycandır” hərəkatı ətrafında başqa xalqların da nümayəndələrini birləşdirmək mümkündür.

Z.Oruc həmçinin qeyd edib ki, Ermənistan-Rusiya münasibətləri heç vaxt indiki kimi pis olmayıb.

“Azərbaycan-Rusiya münasibətləri son 100 ildə bu qədər yüksək səviyyədə olmayıb. Bu münasibətlər də Azərbaycanı Rusiyanın bir hissəsinə çevirmək, təsiri altına düşmək üçün deyil", -deyə deputat bildirib.(modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu