Deputat oğlu həbsdəki dələduz şərikinə ayda 500 manat göndərməyə boyun olub - 8 milyonluq dələduzluq işi




"Həbib maşında Elnura deyirdi ki, "sən polisdə pulu tək yediyini boynuna al, kişi deyil yalan deyən hər ay sənin ailənə 500 AZN verəcəyəm”.



Deputat Elmira Axundovanın, oğlu Həbib Axundovun şəriki, dələduzluğa görə həbsə alınan Elnur İbrahimovla bağlı yeni xəbər var. Bakı Ağır Cinayətlər Məhkəməsi barəsində 9 illik həbs cəzası çıxarılandan sonra 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülən Elnur İbrahimov orada "burjuy” həyatı yaşayır. Bu haqda criminal.az-a daxil olan məlumatda iddia olunur ki, Elnur İbrahimovun istifadəsində özəl telefonu, ixtiyarında televizor və soyuducu var. Adı 8 milyon manatlıq dələduzluq işində keçən Elnur İbrahimova 6 saylı Cəzaçəkmə Müəssisəsində özəl şərait yaradılmasında onun keçmiş şəriki Həbib Axundovun rolu olduğu da gələn məlumatlar sırasındadır. Hətta Həbib Axundovun hər ay Elnur İbrahimova 500 manat pul ötürməsi iddiası da var.

Həbib Axundovun hələ Elnur İbrahimov həbsə alınmazdan əvvəl ona cinayəti boynuna götürməyin qarşılığında aylıq 500 manat boyun olduğu, özünün isə Əfv Komissiyasının üzvü olan anası Elmira Axundovanın köməyi ilə cəzadan əvvəl azad edəcəyi vədini verdiyi bilinirdi. Bu haqda iş üzrə zərərçəkənlərdən Ziya Fərhad oğlu Vəliyevin də ifadəsində olduqca sensasional məqamlar var.

Ziya Vəliyev ibtidai istintaqa verdiyi, məhkəmədə təsdiqlədiyi həmin ifadəsində Elnur İbrahimovun Həbib Axundovla əlaqələrindən bəhs edir, 8 milyonluq cinayəti boynuna alması üçün verdiyi vəd haqda istintaqı məlumatlandırır. Həbib və Elmira Axundovaya görə Elnur İbrahimova pul verdiyini açıqlayır.
Sitat: "Elnurun belə maraqlı təklif etməsinə baxmayaraq mən ona pul vermədim və soruşdum ki, bu işi o, kiminlə və necə görür? Elnur isə cavabında dedi ki, "bu iş monopoliyadadır və Kəmaləddin Heydərovun nəzarətindədir. Mallar ölkəyə gömrüksüz keçirilir və buna görə də ucuz başa gəlir. Biz də yaxşı qazanc götürürük. Bu işlə cəmi 4 nəfər məşğuldur. Mən bu işləri Həbib Axundovla şərikli görürəm. Lakin Elnurun təkbaşına belə böyük biznesi təkbaşına qurması və idarə etməsinə əmin olmadığımdan Həbibdən həqiqətən belə iş görüb-görmədiklərini soruşdum. Həbib də mənə Elnurun dediklərini təsdiq edərək onunla birlikdə bu işi gördüyünü bildirdi. Elnurun təklifinin ciddiliyinə bir qədər inandım. Çünki Həbib Axundovu tanıyırdım, onun Dövlət Gömrük Komitəsində işlədiyini, milli Məclisin deputatın Elmira Axundovanın oğlu olması və Həbibin özü Elnurun dediklərini təsdiq etməsi məndə Elnura inamı bir qədər də artırdı”.

Ziya Vəliyev ifadəsinin davamında isə Həbib Axundovun Elnur İbrahimova verdiyi vəddən bəhs edib.Sitat: "Həbiblə Elnur öz aralarında nəsə danışdılar və sonra Həbib gəlib dedi ki, "Yasamal Rayon Polis İdarəsində həmişə iş gördüyü yaxın tanışı var. Elnuru aparaq Polis İdarəsinə. Sonra da Həbib Yasamal Polis İdarəsində olan Seymur adlı müstəntiq tanışına zəng etdi.

Həbib Seymura bildirdi ki, bəs belə bir hadisə olub və Elnuru həbs etmək lazımdır. Seymur isə cavabında Elnuru Yasamal RPİ-nə gətirilməsini istədi. Biz Həbibin maşınında qabaqda Fərman Məmmədov, arxa oturacaqda mən, Elnur və Mehman oturduq. Həbib maşında Elnura deyirdi ki, "sən polisdə pulu tək yediyini boynuna al, kişi deyil yalan deyən hər ay sənin ailənə 500 AZN verəcəyəm. Mama (Elmira Axundova) Əfv Komissiyasının üzvüdür, səni yarım sroka içəridən çıxartdıracağam”

Bu iş üzrə Elnur İbrahimov uzun müddət axtarışda olub. 2016-cı ilin oktyabrında Rusiyada saxlanılaraq, Azərbaycana gətirilib. Rusiyaya qaçmazdan əvvəl isə Qəbələdə Elmira Axundova ilə görüşüb. Elmira Axundovanın səs yazılarında həmin görüşdə Elnur İbrahimovun ona işlə bağlı "rasklad” verdiyini qeyd edir. Elmira Axundova inkarçılıq mövqeyində dayansa da, onun bu məsələdən xəbərsiz olduğunu desə də, iş materiallarında Elnur İbrahimov hər dəfə onun yaşadığı ünvana pul apardığını təsdiq edən telefon yazışmaları, SMS-lər var.
Elnur İbrahimov CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək məhkum olunub.(criminal.az)









AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu