Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı




Azərbaycanının Ukraynadakı səfiri Elmira Axundova söz azadlığına qarşı addımlarını davam etdirir. Avqustun 4-də Bakı Apelyasiya Məhkəməsində onun qocaman jurnalist Firuz Haşımova qarşı şikayətinə baxılacaq. Hakim İlham Kərimlinin icraatında olan apelyasiya şikayəti Azərbaycanda geniş ictimaiyyətin diqqət mərkəzindədir.

Elmira Axundova kimdir və bu iddia necə ortaya çıxıb?

Elmira Axudnova 2005-ci ildə Masallıdan deputatlığa namizədliyini verərkən mal-mülk siyahısı haqda yazanda 1 evi, bir də 1972-ci ildə istehsal olunmuş “Moskviç-408” markalı maşına sahib olduğunu bəyan edib. Sonradan Elmira Axundova 2010, 2015, 2020-ci ildə deputat olub.
Bu zaman kəsiyində, daha doğrusu 3-cü deputatlıq dönəmində Elmira Axundova hər kəsin gözü qarşısında fantastik surətdə varlanmağa başlayıb. Bu gün onun varidatı “Forbes” jurnalının son səhifəsinə düşməsinə imkan verir. Eks deputatın, hazırki səfirin ən yuvarlaq hesablamalarla 30 milyon manat varidatı var. Əlbəttə ki, Elmira Axundova 15 il deputat olmasaydı, kimsə onun varidatını hesablamaq kimi işə baş vurmazdı. İllərlə onun cibində Azərbyacan parlamentinin vəsiqəsini gəzidrməsi belə hesablamalara yol açıb.

“Biznes ruxnul” dedi, 30 milyonluq varidatı üzə çıxdı

Bakı Apelyasiya Məhkəməsində hakim İlham Kərimlinin sədrliyi keçiriləcək iclasda müzakirə mövzusu Elmira Axundova və oğlu Həbib Axundovun əməlləri haqda yazılardır. Belə ki, 2013-cü ildən başlayaraq Elmira Axundovanın xeyir-duası və birbaşa himayəçiliyi ilə oğlu Həbib Axundov xeyli insanı ətrafına toplayıb. Elmira Axundova oğlunun biznes qurduğunu, hər kəsi həmin biznesə pul yatırmağı çağırıb. Qeyri-rəsmi məlumatlara görə 30 milyon, məhkəmə sənədlərinə görə 10 milyon manata yaxın pul toplanıb. İlk dövrlərdə Həbib Axundov biznes adı ilə pul aldığı insanlara dividend verib, onlara verdiyi pulları biznesdən gələn gəlir kimi verib. Az müddət sonra isə Elmira Axudnova oğlunun pul aldığı insanları toplayıb və “biznes ruxnul” deyib.

Səfirin “harınlıq milli xəyanətə bərabərdir” sözlərindən xoşu gəlməyib

Mərəkə də bundan sonra qopub, insanlar pullarını Elmira Axundovadan, onun oğlundan tələb etməyə başlayıblar. Bu vaxt ortaya “günah keçisi” Elnur İbrahimov atılıb. Elmira Axundovanın evinin daimi sakini, onun evinə günaşırı 5 min manat(bu fakt məhkəmə sənədləri ilə təsbit olunub) pul aparan Elnur İbrahimov baş verən külli miqdarda dələduzluğa görə 9 illik həbsə göndərilib. Bu qalmaqal ortaya çıxandan sonra Firuz Haşımov mətbuatda iş üzrə zərərçəkənlərin prezidentə müraciətlərini işıqlandırıb, baş verən dələduzluqla bağlı yazılar yazıb. Həmin yazılaırn birində “indiki dönəmdə harınlıq milli xəyanətə bərabərdir” fikirləri yer alıb.

Həqiqəti söyləmək, prezidentə müraciət zərərçəkənlərə 10 min manata başa gəlib!

Elmira Axundova bu fikirlərə görə iş üzrə Firuz Haşımovu məhkəmə qaydasında cərimə olunmasına nail olub. Bundan başqa ondan pullarını tələb edən zərərçəkənləri də susdurmaq üçün məhkəmə üz tutub. Zərərçəkənlərin prezidentə müraciətlərinin dayandırılması kimi absurd iddia ortaya qoyub. Tam qanunsuz olsa da, hakimlər Elmira Axundovanın istədiyi qərarı veriblər - zərərçəkənlərin hər birini 10 min manat cərimə etdirib. Üstəlik özünün bu cinayətə aidiyyatını subut edən səs yazılarının yayılmasını məhkəmə qaydasında qadağan etdirmək kimi mürtəce iddiaya da baş vurub. Elmira Axundovanın, onun oğlu Həbib Axundovun əməllərindən zərərçəkənlə bu gün də borc içində çətin günlər yaşayırlar. Elmira Axundovanın oğlu Həbib Axundov gündə bir maşın dəyişir, yaxtalarda, villalarda ərəb şeyxlərindən geri qalmayan həyat tərzini gizlətmir. Model xanımlarla əyləncələri də Həbib Axundovun həyat tərzi haqda Firuz Haşımovun qiymətverici mülahizələrinə tam uyğun gəlir.
Eyş-işrət məclisləri, müəmmalı ölüm, bahalı maşınlar, villalar, yaxtalar...

Yeri gəlmişkən onu da qeyd edək ki, iş üzrə keçirilən ötən proses zamanı Elmira Axundovanın oğlu Həbib Axundovun həyat tərzini əks etdirən fotolar, videomateriallar məhkəməyə təqdim olunub. Həmin fotolarda, videomaterillarda Günel Mirzəyevanın da Həbib Axundovla olduğu məqamlar var. Yada salaq ki, Günel Mirzəyeva Həbib Axundovun yaxtasından müəmmalı şəkildə suya yıxılıb və günlərlə Xəzər sularında axtarışlardan sonra meyiti aşkar olunub. Elmira Axundova əvvəlcə oğlunun bu məsələyə aidiyatı olmadığını deyib, sonra isə mətbuatın araşdırmaları səfiri geri çəkilməyə, oğlunun dəhşətli olay zamanı hadisə yerində olduğunu deməyə məcbur edib. Bu müəmmalı ölüm işi də bu günə qədər araşdırılmamış qalıb...

Bakı Apelyasiya Məhkəməsində iş üzrə baş tutacaq proses haqda da məlumat verəcəyik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu