Leksikonunda şərəf, ləyaqət sözü olmayanlar məni tənqid etməyə başladılar - Rafael Cəbrayılov/VİDEO




Deputat Rafael Cəbrayılov adı hallanan qalmaqal və deputat mandatından imtina etməsi ilə bağlı mətbuat konfransı keçirib.



AFN xəbər verir ki, o, baş verənlərlə bağlı şəxsən media qarşısına çıxmağın vacib olduğunu, bundan əvvəlki açıqlamalarının mediada lazım olduğu kimi işıqlandırılmadığını deyib: "Məlumatlarda deyilir ki, guya mən 3-cü və 4-cü çağırış mandatlarımı girov qoymuşam. Bu, tamamilə yalandır və absurddur". R.Cəbrayılov vəsiqələrini mediaya nümayiş etdirib. Deyib ki, girov qoymaq üçün əmlakı yetərincədir.
R.Cəbrayılov deputatlıqdan istefa verməsi ilə bağlı da danışıb. Hüquqşünas olduğunu, uzun müddət prokurorluq orqanlarında çalışdığını xatırladan deputat qeyd edib ki, heç vaxt vəzifədən iki əllə yapışmayıb: "Bu, insani keyfiyyətləri azaldan amildir. Leksikonunda şərəf, ləyaqət olmayan bir sıra insanlar məni tənqid etməyə başladı və mən də bu şəkildə fəaliyyətimi davam etdirmək istəmədim. Seçicilərimdən, deputat həmkarlarımdan, Azərbaycan ictimaiyyətindən üzr istəyərək istefa vermək qərarına gəldim. Mən bundan sonra da öz siyasi əqidəmin davamçısı olaraq qalacam".

AFN mətbuat konfransından ətraflı videonu təqdim edir:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu