MSK Rafael Cəbrayılovun müraciətinin motivinə baxıb qərar verəcək - ŞƏRH




Rafael Cəbrayılovun mandatdan imtina ilə bağlı müraciətinin MSK tərəfindən necə cavablandırılması müraciətin motivinə bağlıdır.



Bunu AFN-ə açıqlamasında keçmiş MSK katibi Ənvər Əliyev bildirib. Onun sözlərinə görə, deputatla bağlı son günlər baş verən qalmaqal kifayət qədər böyükdür: “Adam konkret olaraq dələduzluqda ittiham olunur, cinayət tərkibli əməl törədib. Mən əminəm ki, Rafael Cəbrayılov müxalif yönlü olsaydı dərhal parlament MSK qarşısında məsələ qaldırılacaqdı. İndi bunu sakitçiliklə həll edirlər. Bu, kiçik hadisə deyil. O da ola bilər ki, şəxs özü yumuşaq qaydada bu işi həll edər, deyər ki, mən deputat olmaq istəmirəm. MSK-nın Rafael Cəbrayılovun müraciətinə nə cavab verəcəyi onun müraciətini necə əsaslandırmasından asılı olacaq. Hər kəs istefa ərizəsi yaza bilər, amma istefasını necə əsaslandırır, bu vacibdir. Çox güman ki, Rafael Cəbrayılov işinin çoxluğu və s. başqa səbəb gətirib. MSK onun müraciətinə uyğun cavab verəcək”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu