Gəmilərin hərəkətinə, limanlara giriş-çıxışına Azərbaycan tərəfindən icazə verilib




Bu gün səhər saat 8-dən etibarən Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında Azərbaycan və xarici bayraq altında üzən gəmilərin hərəkətinə, limanlara giriş-çıxışına icazə verilib.



Agentliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, hazırda dənizdə küləyin sürəti 15-18 metr saniyədir. Axşama doğru küləyin sürətinin azalaraq 11-12 metr saniyə olacağı bildirilir. Dənizdə dalğanın hündürlüyü 1,5-2 metr arasındadır. Güclü külək ərəfəsində isə dənizdə heç bir problem yaşanmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu