“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə hüquqi və fiziki şəxslərə 100-dən çox uyğunluq sertifikatı verilib




2019-cu ilin fevral ayından etibarən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyətə başlayan Azərbaycan Standartlaşdırma İnstitutu sözügedən mərkəz vasitəsilə hüquqi və fiziki şəxslərə 100-dən çox uyğunluq sertifikatı verib. Sertifikat verilən məhsulların böyük əksəriyyəti həm də ixrac olunduğu nəzərə alaraq, “bir pəncərə” prinsipi əsasında digər icazə sənədlərinin də alınması ixracatçılar üçün əhəmiyyətli rol oynayaraq daha az xərc və daha az vəsait xərcləməsinə səbəb olur. Sertifikat verilən məhsullara fındıq, xama, kərə yağı, buğda unu, buğda kəpəyi, nar şərab, şəkərli peçenye, istehsalat sahələri üçün metal konstruksiyalar, polietilen örtüklər, neft turşusu və. s daxildir.



Yerli istehsalla məşğul olan şirkətlərin ixracyönümlü fəaliyyət qurmasına dəstək verən Mərkəz müxtəlif məsləhət xidmətləri göstərən məhsulun keyfiyyətinin artırılmasına töhvə verməkdə davam edir. Belə ki, xüsusilə, aqrar məhsulların Avropa ölkələrinə ixracı məqsədilə müxtəlif standartların tətbiqi istiqamətində özəl sektorla əlaqələndirici rola malik “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi bir sıra şirkətlərin daha az maliyyə resursu sərf etməklə beynəlxalq standartlara yiyələnməsinə dəstək olub.

Artıq 6 aya yaxın müddətdə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində Azərbaycan Standartlaşdırma İnstitutunun xidmətindən həm elektron, həm də fiziki qaydada çoxlu sayda sahibkarlar istifadə edir. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində uyğunluq sertifikatının verilməsi və bir sıra beynəlxalq standartların tətbiqi istiqamətində əlaqələndirici koordinasiyaya malik “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi kiçik və orta sahibkarlıq subyektlərinin məmnuniyyətini nəzərə alaraq, ixracı özündə əhatə edən digər institutları da gələcəkdə cəlb etmək niyyətindədir. Qeyd etməliyik ki, Azərbaycan Standartlaşdırma İnstitutu və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memorandumun əsas məqsədi ixracatçıların məhsullarını beynəlxalq bazarlarda yüksək standartlara cavab verməsi üçün konsaltinq, sertifikatlaşdırma xidmətlərinin göstərilməsi, maarifləndirici tədbirlərin həyata

keçirilməsi, “bir pəncərə” prinsipi əsasında uyğunluq sertifikatının qısa müddət ərzində verilməsini təmin etmək üçün birgə tədbirlər planını həyata keçirməkdir. Birgə əməkdaşlıq həmçinin ixrac olunan məhsulların müqavilə əsasında beynəlxalq akkreditasiyadan keçən laboratoriyada sınaqdan keçirilməsi və beynəlxalq keyfiyyət idarəetməsi sahəsində nəzərdə tutulan digər xidmətlərin verilməsini təmin edir.

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu