Vilayət Eyvazov ilk görüşə Gəncədən başlayır
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu il iyul ayının 27-də Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
"Qafqazinfo"ya daxil olan məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Qeyd edək ki, bu, V. Eyvazovun nazir kimi vətəndaşlarla ilk görüşüdür.