Daxili işlər naziri növbəti qəbul keçirəcək - Vətəndaşların nəzərinə!


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il aprel ayının 29-da Göyçay Rayon Polis Şöbəsinin inzibati binasında Göyçay, Ağdaş, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Mingəçevir şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.


Qəbula yazılmaq istəyənlər Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu