Vilayət Eyvazov Lənkəranda 6 rayonun sakinlərini qəbul edəcək


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2022-ci il mart ayının 30-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.


Bu barədə AFN.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu