Amerikada yerləşən beynəlxalq kikboks mətbuatı Hafiz Baxşəliyevdən yazıb




Amerikada yerləşən nüfuzlu kickboxingz.com saytı Londonda yerləşən əfsanəvi York Hall idman arenasının İngiltərənin ən yaxşı boksçularını qonaq edəcəyini və tanınmış azərbaycanlı kikboksçu Hafiz Baxşəliyevin fikirlərinə yer ayırıb.



Sayt 31 May 2019 “King Of Kings” növbəti dəfə İngiltərəyə qayıdır və dünyanın ən yaxşı kikboksçuları bu mötəbər salonda döyüşəcəklərini, keçmiş kikboks çempionu Hafiz Baxşəliyevin rəhbərliyindəki “Kavkaz Combat Promotions” yenidən KOK qalasını təşkil etdiyini qeyd edib.
“Tarixi York Hall-a bir daha qayıtmaq möhtəşəm hissdir. Bildiyiniz kimi, York Hall boks və döyüş idmanları üçün qurulub və bunun üçün bizim yarışın da York Hall - da keçirilməsinə qərar vermək çox asandır”.
Sayt bu turnirdə 10 döyüşün baş tutacağını və idmançıların içində azərbaycanlı kikboksçu Elxan Əliyev diqqət çəkir.
Əliyev keçən ilki turnirdə sensassiya edərək Kade Sherlock və Dominik Matusz üzərində ilk round da nokautla qələbə qazanıb.
“Elxan Əliyev bu dəfəki yarış üçün də çox yaxşı hazırlaşır. Bu il də Azərbaycanı burada təmsil edəcəyi üçün çox şadam”,-H.Baxşəliyev söyləyib.
Əliyev İngiltərənin ilk 10 idmançısından biri Nathan Epps ilə qarşılaşacaq.
“Əla döyüş olacağına əminəm. Nathan Epps də çox yaxşı idmançıdır və bu döyüş hər iki tərəfin fanatları üçün unudulmaz olacaqdır”.
“Altay Atakişiyev də inkişaf etməkdə olan bir digər Azərbaycan idmançısıdır. İnanıram ki, onun döyüşü də çox maraqlı olacaq”.
Keçən ilki döyüşlərdə çoxlu Azərbaycan idmançısı iştirak edirdi və Londonda olan Azərbaycan nümayəndələri idmançılarını və yerli ictimaiyyətin hörmət etdiyi Hafiz Baxşəliyevi dəstəkləyirdilər.
“Biz püşkləri tamaşaçıların döyüşündən zövq alacağı idmançıları seçərək müəyyənləşdirirdik. Düşünürəm ki, bu il püşkatma çox güclüdür və tamaşaçıların razı qalacağından əminəm”,-Kavkaz Combat Promotions rəhbəri bildirib.

Kickboxingz.com

Elnur Eltürk



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu