Tələbələr Kolumbiya Universitetində Hamilton Halla daxil olublar


ABŞ-ın Nyu-York şəhərindəki Kolumbiya Universitetindən Fələstinə dəstək verən bir qrup tələbə məktəb rəhbərliyi ilə aparılan danışıqlarda razılığa gələ bilmədikdən sonra universitet şəhərciyindəki Hamilton Hall binasına daxil olub.


Universitetin rəhbərliyi Qəzza ilə həmrəylik üçün qurulan düşərgə ərazisini boşaltmayan tələbələrə qarşı intizam və qovulma cəzaları tətbiq edib.

Bir qrup tələbə yerli vaxtla gecə yarısı universitetin mərkəzi kampusunda yerləşən tarixi Hamilton Hall binasına daxil olub.

"New York Times"ın məlumatına görə, onlarla tələbə əsas girişi bağlayıb və “Azad Fələstin” şüarları səsləndirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu