Texas Universitetində İsrail əleyhinə aksiyada saxlanılanların sayı 34-ə yüksəlib


İsrail əleyhinə etirazlar ABŞ-ın digər universitetlərinə də sirayət edib. Texas Universitetində keçirilən nümayiş zamanı saxlanılan Fələstin tərəfdarlarının sayının 34-ə yüksəldiyi bildirilir.


Texas ştatının İctimai Təhlükəsizlik Departamenti Texas Universitetində keçirilən etirazla bağlı X sosial platformasında açıqlama verib.

Açıqlamada fələstinlilərin universitet şəhərciyindəki etirazları zamanı ümumilikdə 34 nəfərin nəzarətə alındığı bildirilib. Qeyd edilib ki, nümayişə universitet rəhbərliyi və Texas qubernatoru Qreq Abbottun tələbi ilə müdaxilə edilib.

Qubernator Abbott X-dakı yazısında qeyd edib ki, izdiham dağılana qədər etirazçılar saxlanılmağa davam edəcək.

"Bu etirazçıların yeri həbsxanadır. Texasda antisemitizmə yol verilməyəcək. Texasdakı istənilən universitetdə nifrət dolu, antisemitizm nümayişlərində iştirak edən tələbələr qovulmalıdır", - Abbott deyib.

İsrailin Qəzzaya hücumlarına və Fələstin vətəndaşlarına qarşı hərəkətlərinə etiraz edən 200-ə yaxın tələbə dünən günorta saatlarında Texas Universitetinin Ostin şəhərciyində toplaşıb və ilk mərhələdə polis qrupa rəhbərlik edən 17 nəfəri saxlayıb. Bu əsnada təhlükəsizlik qüvvələri, o cümlədən süvari birlikləri ilə tələbələr arasında dava düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu