"Meydan" TV-nin yeni rəhbəri müəyyənləşdi
Xəbər verdiyimiz kimi, Emin Milli "Meydan" TV-nin direktoru vəzifəsindən istefa verib.
Bu barədə "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazan Emin Milli bunu bir postda uzun müddət qalmağı düzgün saymadığını bildirib. O, bundan sonra iş axtaracağını, yaxud yeni bir layihə üzərində çalışacağını qeyd edib.
Qaynarinfo xəbər verir ki, artıq "Meydan" TV-yə kimin rəhbərlik edəcəyi məlum olub. Bu vəzifəyə kanalın əməkdaşı Camal Əli seçilib. Bu barədə o, sosial şəbəkədə yazıb.