Hamımız məktəbdə olan hadisələrə göz yumuruq- Fikrət Qoca




"Yazıçılar Birliyi Səbail rayonun ərazisində yerləşir və bu rayonun icra başçısının birinci müavini Xalidə xanım uzun illər boyu təşkilatımıza xeyirxah münasibət bəsləyir, tədbirlərimizdə iştirak edir, yazıçıların ona aid olan bütün məsələlərini həll etməkçün əlindən gələni əsirgəmir. Əsas vəzifəsindən başqa yeniyetmələr və uşaqlarla iş üzrə rayon komissiyasının sədri kimi, Xalidə xanımın bu məsələyə necə sədaqətlə və məsuliyyətlə yanaşmasını bilirəm”.

Bu fikirlər yazıçı Anara məxsusdur. Xalq yazıçısının 162 saylı məktəbin şagirdi Elinanın intihar hadisəsində adı çəkilən Səbail rayon icra akimiyyəti başçısının xanım müavini Xalidə Bayramovanı müdafiə etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta bu mövqeyinə görə kəskin tənqid edilib.

Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca "Yeni Sabah”a bu tənqidlərlə bağlı açıqlama verib:

"Açığı, Anarın həmin məqaləsini oxumamışam. Bilmirəm nə yazıb, camaat nəyə görə onu qınayır. Anarı hər fürsətdə qınayırsınız, amma nə üçün? Niyə belə yazırlar? Anar nə yazıb ki, başa düşmədim”.

F.Qoca ardınca intihar edən şagirdin istintaqı ilə bağlı düşüncələrini bölüşüb:

"Qoyun, onlar işini görsünlər, yəni məsələ ilə bağlı istintaq davam etsin, haqq yerini tapsın. İstintaqa elə şeylər lazımdır ki, haqq yerini tapa bilsin. Biz istəmirik bunu? Haqqı müdafiə etməliyik də. Elə etmək lazımdır ki, iş bu yerlərə gəlib çıxmasın. Cinayət işlənib, qarşısını almalıyıq. İndi qələt etmişik, heç olmaya olan hadisədən nəticə çıxaraq. Hamımız məktəbdə olan hadisələrə göz yumuruq. Noldu indi, hamı birdən ayılıb. Burda artıq cinayət var. İcazə verin, aidiyyatı insanlar, bilənlər bunu araşdırsın. Nəticə ilə qane olmasaq, münasibətimizi deyərik”.

Xalq şairinin sözlərinə görə, qabaqcadan hay-küy salıb, təzyiqlə həqiqətin belini qıra bilərik:

"Bu, düzgün deyil. İndi şükür, bisavad adam yoxdur, hamı təhsillidir. Gözləyin, səbr edin. Təhsilin də başlanğıcı səbrdir. Fikrini deməyə də səbrin çatmır, çartladırsan özünü. Özünü haqlı bilirsən, hökm verəndə özünü qanun səviyyəsində tutursan. Oxucu da, tamaşaçı da öz yerini bilməlidir. Gərək hakimin, prokurorun, müstəntiqin nə dediyini bilək. Biz düşmən deyilik ki. Axtarsaq , bəlkə də hamımız qohum çıxarıq. O saat düşürlər, Anar düz demədi, filankəs düz deyir. Özdə bunu heç dəxli olmayan adam deyir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu