N nömrəli hərbi hissənin əsgərlərinin Tərtər rayonuna ekskursiyası təşkil edilib- FOTOLAR
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsinə start verilib. Bu münasibətlə "Vətən Uğrunda" səyyar təşviqat dəstəsinin və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N nömrəli hərbi hissənin əsgərlərinin Tərtər rayonuna ekskursiyası təşkil edilib.
Əvvəlcə əsgərlər Tərtər şəhərinin Mərkəzi Meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra tarix-diyarşünaslıq muzeyində xalqımızın tarixini, mədəniyyətini özündə əks etdirən eksponatlarla tanış olublar. Ekskursiya çərçivəsində əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağac əkilən ərazidə qoyulan və hər bir şəhid haqqında məlumatları özündə əks etdirən lövhələri seyr ediblər. Ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar.
Ekskursiya zamanı Tərtər istiqamətində aprel döyüşlərində düşməndən azad olunmuş ərazilərdə ziyarət olunub.
Hərbi qulluqçular xidmət yerlərinə xoş təəssüratlarla qayıdıblar .