Əli İnsanovdan ilk açıqlama: Azərbaycandan gedəcək?
"Mənim Azərbaycandan kənarda yaşamaq fikrim yoxdur. Mən həmişə öz ölkəmdə yaşayacam".
ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında keçmiş səhiyyə naziri Əli İnsanov deyib.
Ə. İnsanov bildirib ki, ailə üzvləri də həmişə Azərbaycanda yaşayıb və yaşayır: "Siyasətdən isə heç vaxt ayrılmayacam".