Demet Akalını 120 min dollara Bakıya gətirən Cavid Qurbanovdur?-VİDEO+FOTOLAR
Türk müğənnisi Demet Akalını Bakıya sünnət toyuna gətirən məmurun kimliyi bilinib.
AFN xatırladır ki, bir müddət öncə ifaçı Bakıda "Böyük saray" restoranında baş tutan məclisdə ifa edib. O, Bakıdan döndükdən sonra sosial şəbəkələrdə ev sahibi Gülü Şəmşirliyə təşəkkürlərini bildirib. Türkiyənin ən məşhur və bahalı müğənnilərindən olan Akalının Bakıya həddən artıq böyük məbləğə gətirilməsi müzakirə mövzusuna çevrilmişdi. Onun sosial şəbəkələrdə yazdığı statusda adını hallandırdığı "Şəmşirli" soyadının Azərbaycanda yalnız bir nəfərə - "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun qardaşı Şəhriyar Şəmşirliyə məxsus olduğunu deyən mənbə bildirir ki, türk müğənni ölkəmizə həmin xətlə gətirilib. Qeyd edək ki, Ş.Şəmşirli C.Qurbanovun qardaşı olmaqla yanaşı, Abşeron rayonunun polis rəisidir. Gülü Şəmşirlinin isə onun nənəsinin (Aşıq Şəmşirin həyat yoldaşı-red.) adını qoyduğu qızı olduğu bildirilir. O da qeyd edilir ki, Demet Akalın Ş.Şəmşirlinin nəvəsinin sünnət toyunda oxuyub. Bu səfər Şəmşirlilərə nə az, nə çox 200 min manata (120 min dollara) başa gəlib. Həm də bu, təkcə xanım türk müğənniyə verilən qonorar olub.
Türk müğənni məclisdən video və fotolar da paylaşıb.
[/center]