Kreditlərlə bağlı kompensasiyanın məbləği nə vaxt müəyyənləşəcək?
"Azərbaycan Prezidenti İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın əhatə dairəsinə düşən vətəndaşların siyahısı və onlara ödəniləcək kompensasiyanın məbləği aprelin 15-dək müəyyənləşdiriləcək”.
ONA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
İcraçı direktor qeyd edib ki, Mərkəzləşdirilmiş Kredit Reyestrində Azərbaycanda kredit götürmüş bütün şəxslərin siyahısı və kredit tarixçələri var: "Bütün məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında yerləşdiriləcək. Vətəndaşlar saytın müvafiq bölməsində şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə, onlara düşən kompensasiyanın məbləğini öyrənə biləcək. Düşünürəm ki, qısa müddətdə bu məsələ öz həllini tapacaq”.