"Düşmənlə mübarizədə geriyə addımlamağa başlamışıq!"- AzTV-dən qovulan jurnalistdən Azərbaycan diasporuna ağır ittihamlar




Bu yaxınlarda geri çağırılaraq işdən çıxarılan AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə təmsilçisi, tanınmış telejurnalist Mövsüm Aslanov Azərbaycan diasporunun fəaliyyətini sərt tənqid edib.



Demokrat.az xəbər verir ki, Mövsüm Aslanov özünün sosial şəbəkə hesabında Azərbaycanın xaricdə təbliğatının ermənilərə qarşı mübarizədə geri addımladığını bəyan edib:

"Təsadüfən arxivimə baxırdım. Bir neçə il bundan öncə Xocalı soyqrımı və Qarabağ qətliamları ilə bağlı Ermənistanın Ukraynadakı səfirliyinin və ATƏT-in Kiyev nümayəndəliyinin qarşısında təşkil etdiyimiz 2 videosüjet qarşıma çıxdı! Milli ruhumuzun tüğyan etdiyi o anları sizlərlə yenidən bölüşmək qərarına gəldim. Ötən illərə nəzər salanda sadəcə təəssüflənirəm ki, işğal altında olan torpaqlarımızın geri qaytarılması naminə getdikcə düşmənin üzərinə daha böyük əzmlə getmək əvəzinə, yenidən dörd divar içərisində tədbirlər keçirtməklə geriyə addımlamağa başlamışıq! Bu sadəcə mənim subyektiv fikrimdir".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu