DTX-nın səlahiyyətləri artırıldı- FƏRMAN




Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Terrorçuluğa qarşı mübarizə haqqında” Fərmana bir sıra dəyişikliklər edib.



AFN xəbər verir ki, sənəddə deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli və "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 13 yanvar tarixli 725 nömrəli fərmanlarının icrası ilə əlaqədarqərara alıram:

1. "Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 185 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 495; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. üçüncü abzasda "Milli Təhlükəsizlik Nazirliyi” sözləri "Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin;

1.2. dördüncü abzasda "Milli Təhlükəsizlik Nazirliyi” sözləri "Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

2. "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 712; 2014, № 7, maddə 817; 2016, № 10, maddə 1639) 4-cü hissəsinin dördüncü abzasında "Milli Təhlükəsizlik Nazirliyi” sözləri "Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin.

3. "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 92; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 24; 2008, № 5, maddə 359; 2009, № 8, maddə 627; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 11, maddə 1312; 2016, № 4, maddə 675, № 8, maddə 1384; 2017, № 8, maddə 1521) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasdan "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılsın və həmin abzasa "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin” sözlərindən sonra ", Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri əlavə edilsin;

3.2. dördüncü abzasda "onuncu” sözü "üçüncü” sözü ilə, "Milli Təhlükəsizlik Nazirliyi” sözləri "Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

4. "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli 353 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 432; 2002, № 8, maddə 478; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299; 2008, № 8, maddə 719) 2-ci hissəsinin dördüncü abzasından "Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin abzasda "və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi” sözləri ", Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ilə əvəz edilsin.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu