“Bələdiyyələri gücləndirməliyik”- komitə sədri
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyi tərəfindən 2018-ci ildə xeyli iş görülüb. Beynəlxalq əlaqələr, sənədlərin tərtibi məsələlərində müsbət addımlar atılıb".
Bunu parlamentin iclasında Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
Deputat bildirib ki, bunlar olduqca vacib məsələlərdir: “Hesab edirəm ki, biz bələdiyyələrin mövqelərini gücləndirmək üçün əlimizdən gələn hər şey etməliyik”.