İstanbulda binanın uçması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb
İstanbulda binanın uçması nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Trend-in məlumatına görə, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib. O deyib ki, dağıntıların altından 14 nəfər xilas edilib.
S.Soylunun sözlərinə görə, son ehtimallara əsasən binada hadisə zamanı 35 nəfər olub: “Və biz də 35 nəfəri tapmışıq. Ancaq xilasetmə əməliyyatları davam etdiriləcək”.