Yunanıstanda qatar qəzası nəticəsində ölənlərin sayı 57-yə çatıb


Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin və yük qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.


AFN.az xəbər verir ki, bu barədə Yunanıstanın “Protothema” portalı yazıb. "Hazırda sərnişin qatarının qalıqları altından çıxarılan təsdiqlənmiş ölənlərin sayı 57 nəfərdir", - məlumatda deyilir.
Hadisə nəticəsində yaralanan 48 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 6 nəfəri reanimasiyadadır. Həmçinin 56 nəfərin itkin düşdüyü bildirilir.

Ölənlərin şəxsiyyətinin müəyyən edilməsi prosesi gedir. Qəza yerində xilasetmə işləri davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu