Zahid Oruc: “Onlara ən böyük cəzanı şəhidlərin ruhu verəcək”
“Şəhidlər Xiyabanının aksiya məkanına çevirmək olmaz”.
Bunu Milli Məclisin iclasında deputat deputat Zahid Oruc deyib.
O bildirib ki, Şəhidlər Xiyabanı millətin qürur, and və sükut yeridir:
“Həmin məkanı heç bir halda aksiya məkanına çevirmək olmaz. Kimlərsə də bu müqəddəs məkanı aksiya yerinə çevirmək istəyirlərsə, çox böyük səhv edirlər. Onlara da ən böyük cəzanı şəhidlərin ruhu verəcək”.