Tramp: ABŞ və İran arasındakı Doha görüşü mühüm ola bilər
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, iyunun 30-da Qətərin paytaxtı Dohada İranla imzalanmış memorandumun icrası və nüvə proqramı üzrə keçiriləcək məsləhətləşmələr mühüm əhəmiyyət kəsb edə bilər.
AFN.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp ABŞ-ın hərbi cəhətdən üstün olduğunu və danışıqlarda ölkəni xüsusi elçi Stiv Uitkoff ilə kürəkəni Cared Kuşnerin təmsil edəcəyini bildirib.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai isə bəyan edib ki, İrandan da nümayəndə heyəti Qətərə yollanır, lakin orada ABŞ rəsmiləri ilə hər hansı birbaşa görüş və ya danışıq planlaşdırılmayıb.
