Daha bir nəfər dənizdə batdı


Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib, dənizdə bir nəfər boğulub.

Hadisə dünən saat 17 radələrində Pirşağı qəsəbəsi ərazisində qeydə alınıb. Zabrat qəsəbə sakini, 1984-cü il təvəllüdlü Raisə Şükür qızı Abbasovanın meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyi (FHN) bir daha vətəndaşları çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, küləkli hava şəraitində və nəzarətsiz ərazilərdə dənizə girməməyə çağırır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu