"Əl-Cəzirə"nin operatoru İsrailin hücumları zamanı həlak olub
Qətərin "Əl-Cəzirə" telekanalı operatoru Əhməd Vaşahın Qəzza zolağının mərkəzi hissəsinə İsrail pilotsuz uçuş aparatının (PUA) endirdiyi zərbə nəticəsində həlak olduğunu xəbər verib.
AFN.az xəbər verir ki, "Əl-Cəzirə"nin yaydığı məlumata görə, İsrail PUA-sı Əl-Bureyc qaçqın düşərgəsindəki yaşayış evinə hücum edib. Hava hücumu nəticəsində aralarında Ə.Vaşahın da olduğu 3 fələstinli dünyasını dəyişib, daha bir neçə nəfər isə yaralanıb.
Qeyd olunur ki, Əhməd Vaşah anklavda münaqişə başlayandan bəri İsrail hərbçilərinin hərəkətləri nəticəsində həyatını itirən 13-cü "Əl-Cəzirə" əməkdaşıdır. Cari ilin aprel ayında İsrail Hərbi Hava Qüvvələrinin Qəzza şəhərinin qərbindəki Ər-Rəşid küçəsində bir avtomobili hədəf alması nəticəsində onun qardaşı, "Əl-Cəzirə"nin müxbiri işləyən Məhəmməd Vaşah da həlak olmuşdu.
