Masazırda 4 yaşlı uşağı motosiklet vurub öldürdü
Abşeronda yolda oynayan azyaşlını motosiklet vurub.
Hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 19 yaşlı Fuad Babaşov motosikletlə hərəkətdə olarkən qəfil qarşısına çıxan 4 yaşlı Atilla Bağırovu vurub.
Ağır xəsarət alan uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktı prokurorluq araşdırır.



