Ermənistan MSK parlament seçkilərinin yekun nəticələrini sabah açıqlayacaq



Ermənistanın Mərkəzi Seçki Komissiyası iyunun 14-də ölkədə keçirilən parlament seçkilərinin yekun nəticələrini elan edəcək.

AFN.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan MSK-nın mətbuat xidməti yayıb.

Qurumun iclasının sabah axşam saatlarında keçiriləcəyi və yekun nəticələrin ictimaiyyətə təqdim olunacağı bildirilir.

Qeyd olunur ki, iclasda daha əvvəl qayda pozuntuları qeydə alındığı üçün nəticələri ləğv edilmiş üç seçki məntəqəsində təkrar səsvermənin keçirilməsi məsələsinə baxılacaq, həmçinin "Güclü Ermənistan" və "Birlik Qanadları" partiyalarının səsvermənin etibarsız sayılması ilə bağlı müraciətləri müzakirə olunacaq.

İlkin nəticələrə əsasən, fəaliyyətdə olan baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqavilə" partiyası seçicilərin 49,81 faizinin səsini qazandığı halda, "Güclü Ermənistan" partiyası 23,29 faiz səs toplayıb, seçkilərdə fəallıq isə 58,97 faiz təşkil edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu