NATO ölkələri Belarus sərhədi yaxınlığında təlimi təşkil edəcək
Suvalki dəhlizi zonasında Litva, Polşa və Fransa “Cəsur qaban” birgə hərbi təlimləri keçirəcək.
AFN.az xəbər verir ki, bu barədə Litvanın “Lrytas” portalı məlumat yayıb.
Təlimlər iyunun 16-dan 26-nadək Polşa və Litva sərhədində, Belarus və Rusiya ərazilərinin yaxınlığında baş tutacaq.
Prosesin məqsədi birgə hərbi əməliyyatların yerinə yetirilməsi və müttəfiq qüvvələr arasında fəaliyyətlərin sinxronlaşdırılması olacaq.
Həmçinin qeyd olunur ki, tədbirlər zamanı ölkələrin hərbi hazırlığının artırılmasına xüsusi diqqət yetiriləcək.
Bununla yanaşı, Suvalki dəhlizinin sürətli müdafiəsi bacarıqlarının təkmilləşdirilməsi prioritet təşkil edəcək.


