Tramp ilə Zelenski G7 sammitində görüşəcək



ABŞ Prezidenti Donald Tramp gələn həftə Fransada keçiriləcək "Böyük Yeddilik" (G7) sammiti zamanı Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən məlumat yayıb.

Sammit iyunun 15-dən 17-nə dək Fransa Alplarında, İsveçrə ilə sərhəd yaxınlığında yerləşən Evian şəhərində baş tutacaq.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron da Ukrayna liderinin G7 sammitinin iştirakçısı olacağını bəyan etmişdi.

Siyasətçi Zelenskinin Ukraynadakı münaqişəyə həsr olunmuş sessiyada iştirak edəcəyini aydınlaşdırsa da, onun görüşə şəxsən gələcəyini, yoxsa tədbirə videoəlaqə vasitəsilə qatılacağını açıqlamamışdı.

Daha əvvəl G7 sammitinə Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də qoşulacağı barədə məlumat verilmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu