İlon Maskın bölgədəki şirkətləri İranın hədəf siyahısına daxil edilib
İranın yeni hədəf siyahısına ABŞ-li iş adamı İlon Maskın şirkətlərinin bölgədəki nəzarəti altında olan qurumların da daxil edildiyi elan olunub.
AFN.az xəbər verir ki, "Fars" xəbər agentliyinin məlumatına görə, İran bölgədəki hərbi hədəf siyahısını yeniləyib.
Sözügedən siyahıda ərəb ölkələri və İsrail daxil olmaqla, ABŞ-li milyarder İlon Maskın Qərbi Asiyadakı şirkətləri ilə əlaqəli qurumlara yer verildiyi bildirilib.
İran tərəfi Maskın "Starshield" layihələri və hərbi peyk buraxılışları vasitəsilə ABŞ ordusuna yardım etdiyini, bununla da kəşfiyyat, şifrəli rabitə və təhlükəsiz məlumat ötürülməsi kimi fəaliyyətlərə dəstək verdiyini iddia edib.
Xəbərdə İsrail, Qətər, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omandakı "Starlink" peyk şəbəkəsi mərkəzləri, həmçinin "SpaceX" səhmdarları daxil olmaqla, BƏƏ-dəki "Alpha Dhabi" və "Mubadala" adlı iki şirkətin infrastrukturu ilə bəzi bankların İran ordusunun yeni hədəfləri arasında olduğuna diqqət çəkilib.
