İsveç qaçqınlar üçün daimi yaşayış icazəsini ləğv edir



İsveç Parlamenti qaçqınlara yönəlmiş daimi yaşayış icazələrini ləğv edən və hökumət tərəfindən dəstəklənən qanun layihəsini qəbul edib.

AFN.az xəbər verir ki, İsveç dövlət radiosu SR parlamentdə keçirilən səsvermədə qaçqınlar və digər bəzi miqrant kateqoriyaları üçün daimi yaşayış icazələrini ləğv edən qanun layihəsinin səs çoxluğu ilə qəbul edildiyini bildirib.

Yeni qaydalara əsasən, 12 iyul tarixindən etibarən İsveçdə qaçqınlara və müəyyən edilmiş digər miqrant qruplarına yalnız müvəqqəti yaşayış icazəsi verilə biləcəyi qeyd olunub.

Bu arada, sözügedən qərarın hazırda daimi yaşayış icazəsinə sahib olan şəxslərə təsir göstərməyəcəyi ifadə edilsə də, növbəti dövrlərdə ediləcək müraciətlərdə daimi yaşayış icazəsi seçiminin tamamilə ləğv ediləcəyi vurğulanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu