Bakıda hoteldə ölüm hadisəsi


Paytaxtın Binəqədi rayonunda hoteldə ölüm hadisəsi baş verib.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyunun 8-i saat 19 radələrində Şəmkir rayon sakini 1969-cu il təvəllüdlü Y.Bayramovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Biləcəri qəsəbəsinin ərazisində yerləşən hoteldə tapılıb. 

Onun hansı səbəbdən vəfat etməsi məlum deyil.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu