22 yaşlı oğlanın meyiti tapıldı


Bakıda 22 yaşlı oğlan müəmmalı şəraitdə ölüb.

Hadisə mayın 31-i saat 21 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, evdən 2004-cü il təvəllüdlü M.Ağazadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb.

Onun hansı şəraitdə və hansı səbəbdən öldüyü məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu