Paşinyan: Azərbaycanla sülh müqaviləsini institusionallaşdırmaq niyyətindəyik


Paşinyan: “Azərbaycanla sülh müqaviləsini institusionallaşdırmaq niyyətindəyik”

Ermənistan hakimiyyəti rəsmi Bakı ilə sülh prosesini hüquqi və institusional müstəviyə keçirməyə hazırlaşır. AFN.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bəyanat verib.

Hökumət başçısı İrəvanın yaxın vaxtlarda Azərbaycanla sülh sazişini institusionallaşdırmaq niyyətində olduğunu vurğulayıb:

“Biz bu istiqamətdə konkret addımlar atacağıq və işlər davam etdiriləcək”.

Paşinyan, həmçinin regional layihələr və proseslərin hüquqi tənzimlənməsi kontekstində mühüm bir məqama da toxunub. O bildirib ki, yaxın zamanlarda TRIPP-in (Zəngəzur dəhlizi) ratifikasiya prosesinə də start verilməlidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu